"Kəpəz"dən növbəti "transfer bombası"

"Kəpəz"dən növbəti "transfer bombası"
Azərbaycan millisinin üzvü Cavid İmamverdiyevi sıralarına qatmaqla diqqət çəkən "Kəpəz" növbəti transfer gerçəkləşdirib. 
Fanat.Az saytının əldə etdiyi məlumata görə, bu yaxınlarda Gürcüstan "Samtredia"sı ilə yolları ayıran İbrahim Qədirzadə Gəncə klubu ilə anlaşıb. "Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə saytımıza açıqlamasında xəbəri təsdiqləyib: "İbrahim artıq bizim oyunçudur. Bu yaxınlarda klubundan ayrılıb. Danışdıq, razılaşdıq. Mövsümün hazırlıqlarına başlayanda sıralarımıza qatılacaq". 
Qeyd edək ki, İbrahim Qədirzadə "Samtredia"dan əvvəl "Neftçi-2" və "Qarabağ"ın U-19 komandasının formasını geyinib. Futbolçu "Xəzər Lənkəran" klubunun yetirməsidir.
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər