"Kəpəz"dən növbəti heç-heçə

"Kəpəz"dən növbəti heç-heçə
I Divizionda qarşıdakı mövsümə hazırlığını davam etdirən "Kəpəz” növbəti yoxlama oyununu keçirib.
 
Fanat.Az xəbər verir ki, "sarı-göylər”in rəqibi aşağı dəstənin digər təmsilçisi Zaqatalanın eyniadlı komandası olub.
 
Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Matçda hesabı ilk hissədə qonaqlar açıb. Meydan sahiblərinin bərabərlik qolu isə fasilədən sonra qeydə alınıb. Oyunun sonlarına az qalmış Nicat Məmmədov fərqlənməklə yekun nəticəni təyin edib.
 
"Zaqatala” ilə qarşılaşma "Kəpəz”in mövsüm öncəsi ikinci yoxlama oyunu olub. Bundan əvvəl Nizami yurdunun təmsilçisi doğma meydanda "Turan Tovuz”la 3:3 hesablı heç-heçə edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər