"Kəpəz"dən çətin qələbə

"Kəpəz"dən çətin qələbə

Birinci divizion təmsilçisi "Kəpəz" yoxlama oyunu keçirib. 

Fanat.Az xəbər verir ki, Gəncə klubu digər divizion təmsilçisi "Zaqatala" ilə gücünü sınayıb. Gəncə şəhər stadionunda keçirilən oyun "sarı-göylər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk yarıda Emil Qasımov və kapitan Əli Səmədov fərqləniblər. Fasilədən sonra zaqatalalılar Ceyhun Rəcəbovun sayəsində fərqi azaldıblar. Oyunun sonlarında qonaqlar penaltidən daha bir qol vurmaq şansı qazansalar da, qapıçı - yeni transfer Müşfiq Nadirov buna imkan verməyib və beləliklə, "Kəpəz" görüşü minimal hesablı qələbə ilə başa vurub.  Qeyd edək ki, Yaşar Vahabzadənin rəhbərlik etdiyi kollektiv təlim-məşq toplanışı çərçivəsində ilk hazırlıq matçını Region Liqasında çıxış edəcək "Mübariz" komandasına qarşı keçirmiş və 10:0 hesabı ilə qalib gəlmişdi. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər