"Kəpəz” qış fasiləsi müddətində heyətinə yeni futbolçular cəlb edib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi 6 oyunçu ilə güclənib.
"Sarı-göylər” qapıçı Elməddin Sultanov, yarımmüdafiəçilər Nicat Məmmədov, Ruslan Süleymanov, Orxan Abdullayev, Nicat Verdiyev və hücumçu Tural Qürbətovu rənglərinə bağlayıb. Bu futbolçularla mövsümün sonuna kimi razılıq əldə olunub.
Fanat.Az