Premyer Liqada yeni mövsüm üçün heyətini formalaşdırmağa başlayan "Kəpəz" müdafiəçisi Elçin Əlicanovla yeni müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik yeni sözləşmə imzalanıb.
Xatırladaq ki, Əlicanov hələ Birinci Diviziondan "Kəpəz"in heyətində çıxış edir. O, ötən mövsüm mütün turnirlərdə "Kəpəz"İn heyətində 36 oyuna çıxıb.
"Kəpəz" buna qədər 6 futbolçusu - Yusif Nəbiyev, Fərid Nəbiyev, Salif Sisse, Mario Mustapiç, Orxan Sadıqlı və Georgi Kantariya ilə yollarını ayırıb.