I Divizionun VIII turu çərçivəsində "Turan Tovuz"u məğlub edən (2:1) "Kəpəz"in rəhbərliyi komanda üzvləri ilə görüşüb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun "Facebook" səhifəsi video paylaşıb.
Gəncə təmsilçisinin icraçı direktoru İlqar Nadiri oyundan sonra paltardəyişmə otağına gələrək "qərb derbisi"ndəki qələbəyə görə təbriklərini çatdırıb. Sonda isə 3 xala görə mükafat veriləcəyini elan edib. Klub rəsmisinin "Qələbə varsa, "premiya" da olacaq" vədini futbolçular sevinclə qarşılayıb: