“Kəpəz”də istirahətə son, məşqə davam

“Kəpəz”də istirahətə son, məşqə davam

“Səbail” ilə yoxlama görüşündən sonra iki günlük istirahətə buraxılan “Kəpəz” sabah məşqləri bərpa edəcək.

Fanat.Az xəbər verir ki, hazırlıq proqramına əsasən iyulun 10-da iki məşq var.

Futbolçular əvvəlcə saat 10:30-da Gəncə Olimpiya İdman Kompleksində bir araya gəlib trenajorda çalışacaqlar. Saat 18:30-a təyin olunan günün ikinci məşqində isə komanda üzvləri Gəncə şəhər stadionunda yığışacaqlar. "Sarı-göylər" arenanın yeni istifadəyə verilən təbii örtüklü meydanında məşq edəcəklər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər