“Kəpəz”in hücumçusu Salif Sisse və qapıçısı Mario Mustapiç ilə müqaviləsinin müddəti başa çatıb.
Fanat.Az xəbər verir ki, bu üzdən də onlar "Kəpəz"dən ayrılıblar.
Son mövsümdə 13 oyunda forma geyinən Salif Sisse 1 qol vurub. Mario Mustapiç isə çempionatda 9 oyuna çıxıb və 12 top buraxıb.
Klub xidmətlərinə görə hər iki futbolçuya təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.