"Kəpəz"də daha bir legioner

"Kəpəz"də daha bir legioner

"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, gürcüstanlı Georgi Papunaişvili "sarı-göylər"in şərəfini qoruyacaq.

27 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonuna kimi müqavilə imzalanıb.

Tbilisi "Dinamo"sunun yetirməsi olan Papunaişvili ölkəsi ilə yanaşı, Avropada da çıxış edib, İspaniyada “Saraqosa” və “Rasinq”də forma geyinib. O, Kiprin “Apollon” və Serbiyanın “Radniçki” klublarında oynayıb və Gürcüstan yığmasında 12 oyuna 2 qol vurub.

Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Papunaişvilinin son klubu ölkəsində "Telavi" olub.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər