"Kəpəz"də ciddi itkilər var

"Kəpəz"də ciddi itkilər var

“Kəpəz” Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Sabah”la oyuna ciddi itkilərlə çıxır.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki,  Zamiq Əliyev və Ruslan Süleymanov zədə səbəbindən görüşdə iştirak etməyəcək.

Ahmed Ayzaya isə cəzalı olduğundan adı matçın protokoluna daxil edilməyib.

Xatırladaq ki, “Kəpəz” – “Sabah” matçı bu gün saat 14:00-da start götürəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər