"Kəpəz"də baxışda olan futbolçularla bağlı yeni xəbər var

"Kəpəz"də baxışda olan futbolçularla bağlı yeni xəbər var

"Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə komandanın düşərgəsində baxışda olan iki futbolçudan biri ilə bağlı qərar verib.

Bu barədə Fanat.Az-a açıqlamasında Gəncə klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məlumat verib.

Belə ki, avqustun əvvəlindən sınanan Tunisin U-23 millisinin sabiq üzvü Məhəmməd Amin Miskini bəyənilməyərək geri göndərilib.  "Amkar"ın yetirməsi olan Rinat Hüseynovla bağlı yekun qərarın isə gələn həftə veriləcəyi gözlənilir.

Qeyd edək ki, U-21 millimizin sabiq üzvü Hüseynov avqustun ortasında "Kəpəz"ə qoşulub.

Bu arada, "sarı-göylər" dünəndən 4-cü turda qarşılaşacağı "Səbail" ilə oyunun hazırlıqlarına başlayıb. Sözügedən oyun avqustun 27-də Bakıda olacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər