"Kəpəz"də 2 zədəli

"Kəpəz"də 2 zədəli
Topaz Premyer Liqanın 20-ci turunda səfərdə "Sumqayıt”ın qonağı olacaq "Kəpəz” qarşıdakı oyunun hazırlıqlarına start verib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, bərpaedici prosedurdan sonra istirahət edən komanda üzvləri  dünən Bakı Olimpiya Stadionunun yardımçı meydançasında məşqə çıxıb.
"Sumqayıt” ilə oyun öncəsi komandanın heyətində iki futbolçunun zədəsi var. Samir Zərgərovla Şadon Vinçesterin durumu həkim nəzarətindədir.
Qeyd edək ki, "Sumqayıt" - "Kəpəz" oyunu sabah keçiriləcək. Matçın başlama saatı 20:00-dır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər