"Kəpəz" "Zirə" ilə oyuna itki ilə çıxacaq 

"Kəpəz" "Zirə" ilə oyuna itki ilə çıxacaq 

Bu gün Azərbaycan Premyer Liqasında XXVI tur start götürəcək. 

Turun açılış matçı Gəncədə keçiriləcək. Yerli "Kəpəz" doğma azarkeşlər önündə "Zirə"ni qəbul edəcək. 

Əyalət təmsilçisi meydana bir itki çıxacaq. Klubun mətbuat katibi Azad Mustafayev Fanat.Az-a bildirib ki, cəzalı olan Abdullahi Şuaybu matçı buraxmalı olacaq. 

Xatırladaq ki, Azərbaycan Premyer Liqasının XXV turunun “Sabah” – “Kəpəz” oyununda Şuaybu ciddi qayda pozuntusu edərək birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun kənarlaşdırılsın, klub 1600 manat cəzalandırılsın. 

Qeyd edək ki, “Kəpəz” - “Zirə” matçı 15:00-da start götürəcək. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər