“Kəpəz” yeni qolkiperlə anlaşdı

“Kəpəz” yeni qolkiperlə anlaşdı

"Kəpəz" heyətinə yeni futbolçu cəlb edib. 

Fanat.Az-ın məlumatına görə, Gəncə klubu portuqaliyalı qapıçı İqor Rodrigeslə anlaşıb. 

Hazırda azad agent olan qolkiper artıq Gəncədədir. Transferin yaxın vaxtda rəsmən açıqlanması gözlənilir. Onunla mövsümün sonuna kimi müqavilə bağlanacaq.

İqor Rodrigesin son klubu ölkəsində “Feyrense” olub. 28 yaşlı qapıçı, həmçinin Portuqaliyanın “Şaviş”, “Eştoril”, “Sportinq Kovilya” klubunda və “Benfika”nın əvəzedici heyətində çıxış edib. 

Qeyd edək ki, "Kəpəz"in digər legioner qapıçısı Vladislav Vasilyuçekin qeyri-sabit çıxışı, xüsusilə "Səbail"lə görüşdəki səhvləri rəhbərliyi "çərçivə"yə yeni transfer reallaşdırmağa vadar edib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər