Növbəti mövsümə hazırlaşan "Kəpəz" yeni transfer reallaşdırmağa hazırlaşır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, qərb təmsilçisi legioner qapıçı ilə anlaşıb.
Söhbət belaruslu Vladislav Vasilyuçekdən gedir. 29 yaşlı qolkiperin son klubu Belarus Premyer Liqasında çıxış edən "Slutsk" olub. O, sözügedən komandanın heyətində bu il 13 oyunda iştirak edib və 16 qol buraxıb. Vasilyuçek karyerası ərzində Belarus klublarında çıxış edib. Bu, onun üçün ilk legioner təcrübəsi olacaq.
Qeyd edək ki, "Kəpəz" hələ cəmi bir oyunçunun - Vurğun Hüseynovun keçidini rəsmən elan edib. Əvəzində komandanı 7 futbolçu (Yusif Nəbiyev, Fərid Nəbiyev, Salif Sisse, Mario Mustapiç, Orxan Sadıqlı, Georgi Kantariya, Ahmed Ayzaya) tərk edib. Mirağa