"Kəpəz" xorvatiyalı qapıçı ilə gücləndi

"Kəpəz" xorvatiyalı qapıçı ilə gücləndi

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, Gəncə təmsilçisi xorvatiyalı qapıçı Mario Mustapiçi heyətinə qatıb.

Əyalət təmsilçisi rəsmi “Telegram” hesabında yeni transferlə bağlı paylaşım edib. 

23 yaşlı qapıçı mövsümün sonunadək "Kəpəz"də çıxış edəcək. Mustapiç son olaraq ölkəsində "Rudes"in formasını geyinib.

“Kəpəz” Azərbaycan Premyer Liqasında 8 oyundan sonra 4 xalla 8-9-cu yerləri bölüşdürür.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər