Azərbaycanı I divizionunda XVII tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.
"Kəpəz" "Neftçi-2"ni qəbul edib və 0:3 hesabı ilə uduzub. "Qaradağ Lökbatan” isə doğma meydanda lider "Zaqatala”ya 3:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turun qalan 3 oyunu sabah keçiriləcək.
I divizion
2020/21 mövsümü
III dövrə, XVII tur
11 mart
Kəpəz - Neftçi-2 0:3
Qollar: Nazim Məmmədzadə, 22. Seymur Əliyev, 77. Vüsal Əsgərov, 90+1-pen.
Qaradağ Lökbatan - Zaqatala 3:2
Qollar: Elnur Səmədov, 74; 79. Orxan Əliyev, 90+4 - Xəqani Sadıxov, 66. Bəhruz Teymurov, 70.