I divizionda XI turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
"Şüvəlan" doğma meydanda "Turan Tovuz"dan üstün olub - 3:1. "Qaradağ Lökbatan" səfərdə "Ağsu"nun qapısından 4 cavabsız qol keçirib. Autsayderlər qrupunda yer alan "Kəpəz" isə növbəti dəfə meydanı məğlub tərk edib. Gəncə təmsilçisi səfərdə "Sumqayıt-2"yə 0:1 hesabı ilə uduzub.
Turun qalan 4 görüşü bu gün keçirilib.
"Qarabağ-2" - "Zaqatala" matçında isə 1:1 hesablı bərabərlik qeydə alınıb. Meydan sahiblərinin qolunu millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı vurub. Bu, onun I divizionda ilk qoludu. Maraqlıdı ki, gənc hücumçu ilk qolunu əmisi Musa Qurbanovun prezidenti olduğu "Zaqatala"ya vurub.
Lider MOİK mövsümdə ilk məğlubiyyətini alıb. "Hərbçilər" "Neftçi-2"yə 1:2 hesabı ilə yenilib.
"Sabah-2" səfərdə "Səbail-2"yə, "Keşlə -2" isə "Zirə-2"yə qalib gəlib.
I divizion
2018/19 mövsümü
I dövrə, XI tur
22 noyabr
Şüvəlan - Turan Tovuz 3:1
Qollar: Azər İsmayılov, 42. Raul Süleymanzadə, 78. Akif Tağıyev, 85 - Elçin Qasımov, 73.
Qırmızı vərəqə: Sənan Qocayev ("Turan Tovuz"), 61
Sumqayıt-2 - Kəpəz 1:0
Qol: Elvin Nəsibov, 41.
Ağsu - Qaradağ Lökbatan 0:4
Qollar: Tofiq Mikayılov, 31; 80. Bəhruz Teymurov, 78. Niyazi Qasımzadə, 90.
23 noyabr
Səbail-2 - Sabah-2 0:2
Qollar: Zahid Mərdanov, 19. Tolqar Yaqubov, 54.
Qarabağ-2 - Zaqatala 1:1
Qollar: Musa Qurbanlı, 26. - Roini İsmayılov, 42.
MOİK - Neftçi-2 1:2
Qollar: Raul Yaqubzadə, 87 - Elnur Süleymanov, 77-pen. Xəyal Tomanov, 90+3.
Zirə-2 - Keşlə-2 1:4
Qollar: Taleh Rzayev, 86 - Şirməhəmməd Məmmədov, 49. Emin Quliyev, 67. Qabil Sarıoğlu, 74. Ruslan Nəsirli, 90+3.
|
№ |
Klub |
O |
Q |
H/H |
M |
T/F |
X |
|
|
1 |
MOİK |
11 |
9 |
1 |
1 |
21:9 |
28 |
|
|
2 |
Sumqayıt-2 |
11 |
8 |
0 |
3 |
23:10 |
24 |
|
|
3 |
Neftçi-2 |
10 |
7 |
2 |
1 |
13:6 |
23 |
|
|
4 |
Zaqatala |
11 |
4 |
5 |
2 |
19:11 |
17 |
|
|
5 |
Şüvəlan |
11 |
4 |
5 |
2 |
14:12 |
17 |
|
|
6 |
Sabah-2 |
11 |
4 |
4 |
3 |
8:6 |
16 |
|
|
7 |
Qarabağ-2 |
10 |
4 |
2 |
4 |
18:14 |
14 |
|
|
8 |
Keşlə-2 |
11 |
4 |
2 |
5 |
17:15 |
14 |
|
|
9 |
Qaradağ L. |
11 |
4 |
2 |
5 |
10:14 |
14 |
|
|
10 |
Turan T. |
11 |
4 |
1 |
6 |
16:18 |
13 |
|
|
11 |
Səbail-2 |
11 |
3 |
1 |
7 |
9:24 |
10 |
|
|
12 |
Ağsu |
11 |
2 |
3 |
6 |
9:19 |
9 |
|
|
13 |
Kəpəz |
11 |
1 |
4 |
6 |
6:14 |
7 |
|
|
14 |
Zirə-2 |
11 |
2 |
0 |
9 |
10:21 |
6 |
|
|
Bombardirlər |
Cavad Kazımov (Zaqatala), Elvin Nəsibov (Sumqayıt-2) - 8. Raul Yaqubzadə (MOİK) - 7. |
|||||||
|
Qeyd |
VI, VIII turda "Səbail-2"yə, X turda isə "Zirə-2"yə 0:3 hesablı texniki məğlubiyyət verilib. |
|||||||
Fanat.Az