Qış təlim-məşq toplanışını Antalyada keçirəcək “Kəpəz”in yoxlama oyunlarında qarşılaşacağı rəqiblər bəlli olub.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, gəncəlilər yanvarın 14-də Macarıstanın “MTK Budapeşt” komandası ilə qarşılaşacaqlar.
“Sarı-göylər” bundan 2 gün sonra Serbiya “Novi Pazar”ı, ayın 18-də isə Qazaxıstanın “Kaysar”ı ilə gücünü sınayacaq.
