“Kəpəz” Türkiyəyə yollandı - FOTOLAR

“Kəpəz” Türkiyəyə yollandı - FOTOLAR

“Kəpəz” qış təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb.

Fanat.Az xəbər verir ki, komanda bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyənin Antalya şəhərinə yola düşüb.

Yanvarın 19-dək qardaş ölkədə təlim-məşq toplanışında olacaq Gəncə təmsilçisi orada 3 yoxlama matçı keçirəcək.

“Kəpəz” yanvar 14-də Macarıstanın “MTK Budapeşt”, 16-da Serbiyanın “Novi Pazar”, 18-də isə Qazaxıstanın“Kaysar” komandaları ilə üz-üzə gələcək.

Qeyd edək ki, Tərlan Əhmədovun baş məşqçi olduğu komanda mövsümün ilk yarısını 12 xalla 9-cu pillədə bitirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər