“Kəpəz” Türkiyə klubları ilə qarşılaşacaq

“Kəpəz” Türkiyə klubları ilə qarşılaşacaq

Türkiyədə təlim-məşq toplanışı davam etdirən “Kəpəz”in daha iki rəqibi müəyyənləşib. Fanat.Az xəbər verir ki, Gəncə təmsilçisi yerli komandalarla üz-üzə gələcək.

 

Belə ki, hazırlığını Ərzurumda keçən Şahin Diniyevin komandası 1-ci liqa təmsilçiləri ilə qarşılaşacaq. Komanda əvvəlcə sabah “Ankaragücü” ilə, iyulun 24-də isə “Elazığspor”la matçda qüvvəsini sınayacaq.

 

Qeyd edək ki, “Kəpəz” ilk yoxlama görüşündə “Samsunspor”a 1:2 hesabı ilə məğlub olub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər