“Kəpəz” türk klubuna uduzdu

“Kəpəz” türk klubuna uduzdu

Yeni mövsümə hazırlaşan “Kəpəz” toplanışın ikinci mərhələsini Türkiyədə keçir. Fanat.Az xəbər verir ki, Gəncə təmsilçisi bu gün ikinci yoxlama matçına çıxıb.

 

Komanda Ərzurumda “Ankaragücü” ilə üz-üzə gəlib. Türkiyənin I liqa komandası ilə oyunu yerli hakimlər briqadası idarə edib.

 

Görüş ankaralıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qol ilk yarıda vurulub. 

 

Qeyd edək ki, “Kəpəz” iki gün əvvəl Türkiyənin digər I liqa təmsilçisi “Samsunspor”la yoldaşlıq görüşü keçirib və 1:2 hesabı ilə məğlub olub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər