Yanvarın 18-dən Türkiyədə təlim-məşq toplanışında olan "Kəpəz” hazırlıq prosesini yekunlaşdırıb. Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün səhər məşqi ilə komandanın 16 günlük Antalya toplanışı başa çatıb.
Çempionatın qış fasiləsində hazırlığın əsas mərhələsini qardaş ölkədə keçirəngəncəlilərgündə iki dəfə məşq ediblər. "Kəpəz" toplanış müddətində taktiki və texniki məşqlərə üstünlük verib, dörd yoxlama oyununa gücünü sınayıb. Gəncə təmsilçisi yanvarın 22-də "Viitorul” (Konstanta, Rumıniya - 1:1), 25-də "Daejeon Citizen” (Cənubi Koreya – 1:0), 28-i tarixində "Yagelloniya” (Belostok, Polşa – 1:8) və ayın 31-də "Spartak” (Subotiça, Serbiya – 2:0) klubları ilə qarşılaşıb.
Qeyd edək ki, "Kəpəz” mövsümün ikinci hissəsinə hazırlığın ilk mərhələsini Bakıda keçirmişdi.
Fanat.Az