"Kəpəz" stadion tapmadı, oyun ləğv olundu

"Kəpəz" stadion tapmadı, oyun ləğv olundu
"Kəpəz”in I divizion təmsilçisi "Sabah”la yoxlama oyunu ləğv olunub. Fanat.Az xəbər verir ki, buna səbəb matçın keçiriləcəyi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunun ot örtüyünün futbol oynamaq üçün əlverişli olmamasıdı. 
Bu məqamı nəzərə alan məşqçilər korpusu oyunçuları mümkün zədə riskindən qorumaq məqsədilə yoxlama matçının başqa meydançaya salınmasını xahiş ediblər. Amma klubun menecerləri tərəfindən uzun axtarışlara baxmayaraq paytaxtda yanvarın 15-i üçün uyğun boş stadion tapılmayıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər