"Kəpəz" "Səbail"ə qarşı bu futbolçuların xidmətindən yararlana bilməyəcək

"Kəpəz" "Səbail"ə qarşı bu futbolçuların xidmətindən yararlana bilməyəcək

Misli Premyer Liqasının  XXX turunda "Səbail"in qonağı olacaq "Kəpəz" "dənizçilər" ilə görüşə itkilərlə çıxacaq.

Bunu Fanat.Az-a açıqlamasında Gəncə təmsilçisinin sözçüsü Azad Mustafayev deyib:

"Ədilxan Qarəhmədov zədəli, Ehtiram Şahverdiyev xəstə olduğu üçün "Səbail"ə qarşı oynamayacaq. Junior Martins isə cəza səbəbindən komandaya kömək etməyəcək".

Qeyd edək ki, "Səbail" - "Kəpəz" qarşılaşması aprelin 14-də "ASCO Arena" baş tutacaq. Oyunun start fiti 16:30-da səslənəcək. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər