"Kəpəz" "Səbail"dən ayrılan 2 futbolçu ilə danışıq aparır

"Kəpəz" "Səbail"dən ayrılan 2 futbolçu ilə danışıq aparır

Tərlan Əhmədovun rəhbərliyi altında elitada qalmaq tapşırığının öhdəsindən vaxtından əvvəl gələn "Kəpəz"in heyətindəki əsas oyunçuların çoxunu saxlaya bilməyəcəyi şübhə doğurmur.

Artıq Fərid və Yusif Nəbiyev qardaşları klubu tərk edibsə, komandanın ən önəmli oyunçularından olan Ahmed Ayzaya da yol üstündədir. Şübhəsiz, siyahı bu 3 futbolçu ilə yekunlaşmır. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, məhdud büdcəyə malik Gəncə təmsilçisi "Səbail"də qalmayacağı dəqiqləşən iki futbolçu ilə danışıq aparır. Bunlar cinah müdafiəçisi Turan Manafov və yarımmüdafiəçi Ruslan Hacıyevdir. Tərəflər indilik əməkhaqqı məsələsində razılığa gələ bilməsələr də, gəncəlilər bu oyunçularla bağlı ümidini itirmir.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər