"Kəpəz" rəsmisi azarkeşin cavabını sosial şəbəkədə verdi - FOTO

"Kəpəz" rəsmisi azarkeşin cavabını sosial şəbəkədə verdi - FOTO

"Kəpəz"in icraçı direktoru İlqar Nadiri maraqlı addım atıb.

Fanat.Az xəbər verir ki, klub rəsmisi azarkeşin sosial şəbəkədəki sualını, daha doğrusu, tələbini birbaşa özü cavablandırıb.

Belə ki, "Kəpəz"in fanatlarından olan Müşfiq Məmmədov şəxsi "Facebook" səhifəsində növbəti mövsümdən Premyer Liqada oynayacağı gözlənilən Gəncə klubunun rəhbərliyinin azarkeşlərlə görüşməsini tələb edib. 

Bir neçə dəqiqədən sonra "Kəpəz" rəsmisi həmin azarkeşə cavab yazıb. Nadiri azarkeşlərlə hər zaman görüşməyə hazır olduğunu, onların fikirlərini dinləyə biləcəyini yazıb. İcraçı direktor azarkeşlərin istəklərini, tənqidlərini anlayışla qarşıladıqlarını da onların nəzərinə çatdırıb. 

"Kəpəz" rəsmisi azarkeşin cavabını sosial şəbəkədə verdi - FOTO"Kəpəz" rəsmisi azarkeşin cavabını sosial şəbəkədə verdi - FOTO

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər