"Kəpəz" "Qərb derbisi"nə neçə itki ilə çıxacaq? - AÇIQLAMA

"Kəpəz" "Qərb derbisi"nə neçə itki ilə çıxacaq? - AÇIQLAMA

Misli Premyer Liqasının 11-ci turu "Qərb derbisi"nə səhnə olacaq. "Turan Tovuz" doğma məkanda Gəncə şəhər stadionunun təmiri ilə əlaqədar ev oyunlarını da Tovuzda keçirən "Kəpəz"lə üz-üzə gələcək.

Gəncə təmsilçisinin sözçüsü Azad Mustafayevin Fanat.Az-a verdiyi məlumata görə, "Kəpəz" önəmli matça 2 itki ilə çıxacaq:

"Cəzalı oyunçumuz yoxdur. Müdafiəçi Şakir Seyidov və nigeriyalı yarımmüdafiəçi Olavale Onanuqa zədə səbəbindən "Turan Tovuz"a qarşı oynaya bilməyəcəklər".

Qeyd edək ki, "Qərb derbisi" oktyabrın 28-də baş tutacaq. Matçın start fiti 19:00-da səsləndiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər