“Kəpəz” qazini məşqçi təyin etdi

“Kəpəz” qazini məşqçi təyin etdi

"Kəpəz"in sabiq futbolçusu, 44 günlük Vətən müharibəsinin iştirakçısı, qazi Talıb Rzayev doğma klubunda işləyəcək. 

Fanat.Az Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, İdarə Heyətinin sədri İlqar Nadiri qəhrəman döyüşçü ilə görüşərək onun 9 yaşlılardan ibarət komandaya məşqçi təyin edildiyini bildirib. 

“Kəpəz” qazini məşqçi təyin etdi

Klub rəsmisi əlavə edib ki, yaxınlarda onun AFFA-nın təşkil etdiyi məşqçi kurslarında iştirakı da mümkün olacaq. Artıq bu istəklə quruma müraciət olunub.

Xatırladaq ki, hələ müharibə dövründə yaralı olan Talıb Rzayevə baş çəkən klub rəhbərliyi səhhətinin imkan verəcəyi halda gələcəkdə komandada məşqçi işləməsi və müvafiq kurslarda təhsil alması üçün şərait yaradılacağını bildirmişdi.  

“Kəpəz” qazini məşqçi təyin etdi

Gəncə futbolunun yetirməsi olan Talıb Rzayev “Kəpəz”in aşağı yaş qrupları ilə yanaşı, əsas komandasında da çıxış edib. O, “Cəsur döyüşçü” və Füzuli, Qubadlı və Şuşa şəhərlərinin azad olunmasına görə medalları ilə təltif edilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər