"Kəpəz" nə nigeriyalını oynada biləcək, nə də portuqaliyalını

"Kəpəz" nə nigeriyalını oynada biləcək, nə də portuqaliyalını

Misli Premyer Liqasının 16-cı turunda "Qəbələ"nin qonağı olacaq "Kəpəz" "qırmızı-qaralar"la oyuna itkilərlə çıxacaq.

Bunu Fanat.Az-a açıqlamasında Gəncə təmsilçisinin sözçüsü Azad Mustafayev deyib:

"Hazırda iki futbolçunun "Qəbələ"yə qarşı oynamayacağı dəqiqdir. Olavale Onanuqa vərəqə limitini doldurduğu üçün cəzalı duruma düşübsə, Latir Fal zədə səbəbindən oyunu kənardan izləyəcək".

Qeyd edək ki, dekabrın 9-da keçiriləcək "Qəbələ" - "Kəpəz" qarşılaşması 15:00-da başlayacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər