“Kəpəz”lə müqaviləsi başa çatan Elçin Əlicanov Gəncə təmsilçisinin sıralarını tərk edib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Əlicanov son üç ildə “sarı-göylər”in şərəfini qoruyub. Onun Gəncədəki karyerası 2021-ci ildə I Diviziondan başlayıb. Müdafiəçi iki mövsüm də “Kəpəz” ilə Premyer Liqada oynayıb.
“Kəpəz” xidmətlərinə görə Elçin Əlicanova təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.