"Kəpəz" milli üzvü ilə anlaşdı 

"Kəpəz" milli üzvü ilə anlaşdı 

"Kəpəz" heyətini daha legionerlə gücləndirib.

Fanat.Az-ın kluba yaxın mənbədən əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi Mali millisinin forvardı Adama Nian ilə anlaşıb.

Qeyd edək ki, Adama Nian ötən mövsüm İranın "Nassadji" klubunda keçirib. O, sözügedən komandada 23 oyuna çıxıb. 

Adama karyerası ərzində Fransanın "Nant", "Trua", "Şarlerua" kimi tanınan klubların şərəfini qoruyub.

"Kəpəz"in yeni transferi 2011-2013-cü illərdə Maili U-20 millisində 17 oyun keçirib və 10 qol vurub.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər