“Kəpəz” Macarıstan klubuna qalib gəldi

“Kəpəz” Macarıstan klubuna qalib gəldi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Kəpəz" ilk yoxlama oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Gəncə təmsilçisi Macarıstanın "MTK Budapeşt" komandası ilə qarşılaşıb.

"Mirakl" təlim bazasının stadionunda oynanılan görüş Gəncə təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 34-cü dəqiqədə Fərid Nəbiyev vurub.

Xatırladaq ki, "Kəpəz" Antalyada daha 2 sınaq matçında qüvvəsini sınayacaq. Azərbaycan təmsilçisi yanvarın 16-da Serbiyanın “Novi Pazar”, 18-də isə Qazaxıstanın "Kaysar" klubu ilə üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər