Növbəti mövsümə yenilənmiş heyətlə hazırlaşan "Kəpəz"də ilk transfer reallaşıb.
Fanat.Az xəbər verir ki, "Sumqayıt"dan ayrılan Vurğun Hüseynov Gəncə klubuna keçib.
Bu barədə "Kəpəz"in mətbuat xidməti məlumat yayıb.
Mərkəz müdafiəçisi 1 illik müqaviləyə imza atıb. Hüseynov Azərbaycan millisində 14 oyun keçirib.
Qeyd edək ki, qərb təmsilçisi bu gün Elçin Əlicanovla müqavilənin müddətini uzatdığını açıqlayıb. Müdafiəçi "Kəpəz" divizionda çıxış etdiyi vaxtdan komandanın şərəfini qoruyur.