"Kəpəz" ev oyunlarını Tovuzda keçirəcək - RƏSMİ

"Kəpəz" ev oyunlarını Tovuzda keçirəcək - RƏSMİ

Gəncə şəhər stadionunda aparılan əsaslı yenidənqurma işləri ilə əlaqədar olaraq “Kəpəz” klubu ev oyunlarını Tovuz şəhər stadionunda keçirəcək.

Fanat.Az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisinin müraciəti, “Turan Tovuz”un razılıq məktubu nəzərə alınaraq “Kəpəz”in Tovuzda oynaması ilə bağlı qərar qəbul edilib.

Tərəflərin razılığı ilə “Kəpəz” ev matçlarını bu arenada keçirəcək. “Kəpəz” klubunun əvəzedici heyəti isə Gəncə şəhər stadionunun ehtiyat meydançasından istifadəyə davam edəcək.

Yuxarıda qeyd olunan məqamlarla əlaqədar olaraq PFL Misli Premyer Liqasının və Əvəzedicilər Liqasının 10-cu turunun cədvəllərində aşağıdakı dəyişiklikləri həyata keçirib.

Misli Premyer Liqası

10-cu tur

21 oktyabr

15:00. “Kəpəz” – “Zirə” Tovuz şəhər stadionu CBC Sport /canlı

Əvəzedicilər Liqası

10-cu tur

19 oktyabr

14:00. “Turan Tovuz” – “Qarabağ” Tovuz şəhər stadionu

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər