"Kəpəz" ev oyunlarını harada keçirəcək?

"Kəpəz" ev oyunlarını harada keçirəcək?

"Kəpəz" futbol üzrə Azərbaycan Premyer Liqasındakı ev oyunlarını Gəncədə keçirə bilməyəcək.

Fanat.Az qərb təmsilçisinin rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, buna səbəb Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə əsasən Gəncə şəhər stadionunda tribunaların qəzalı vəziyyətdə olmasıdır.

Komanda çempionatda ilk ev matçını Bakıda "Dalğa Arena"da oynayacaq. Digər görüşlər haqqında qərar qarşıdakı günlərdə veriləcək.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər