"Kəpəz" daha bir yarımmüdafiəçi ilə razılığa gəldi

"Kəpəz" daha bir yarımmüdafiəçi ilə razılığa gəldi

Növbəti mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Kəpəz" transfer çalışmalarını davam etdirir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, azad agent statusu daşıyan futbolçularla danışıq aparan Gəncə təmsilçisi daha bir yarımmüdafiəçi ilə razılığa gəlib.

Bu, "Şamaxı" ilə olan müqaviləsinin müddəti ötən ayın sonunda başa çatan 20 yaşlı Samir Abdullayevdir.

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq üzvünün yaxın günlərdə "Kəpəz"lə müqavilə bağlayacağı gözlənilir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər