Bu gün Cavid İmamverdiyevlə anlaşdığını açıqlayan "Kəpəz” daha bir futbolçunu heyətinə qatıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Birinci Divizion təmsilçisi İbrahim Qədirzadə ilə anlaşıb.
Bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb. Amma tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb.
Gənc müdafiəçi son olaraq Gürcüstanın "Samtrediya” klubunda oynayıb.
Qeyd edək ki, İbrahim Qədirzadənin Gəncə təmsilçisiylə anlaşmasıyla bağlı xəbəri ilk olaraq Fanat.Az yaymışdı.