"Kəpəz" bu halda elitadan düşə bilər

"Kəpəz" bu halda elitadan düşə bilər

Azərbaycan Premyer Liqasının son turu "Turan Tovuz"un elitada yerini qoruması ilə əlamətdar oldu. 

Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv "Neftçi" üzərində sürpriz hesablı qələbə (4:0) sayəsində Premyer Liqadan "dördəlli yapışdı".

Beləliklə, qalan üç turda yüksək liqada qalmaq uğrunda mübarizə 4 komanda - "Kəpəz", "Sumqayıt", "Səbail" və "Şamaxı" arasında gedəcək. Əslində, digər qərb təmsilçisi "Kəpəz"in də böyük ölçüdə bu vəzifənin öhdəsindən gəldiyini demək olar. Tərlan Əhmədovun baş məşqçi olduğu Gəncə komandasının elitadan düşməsi üçün son 3 turdakı bütün görüşlərdə məğlub olması, "Şamaxı"nın isə azı 7 xal qazanması şərtdir. Cavid Hüseynovun baş məşqçisi olduğu komanda növbəti turda "Neftçi"yə uduzsa, "Kəpəz" Premyer Liqada yerini təmin edəcək. "Neftçi" - "Şamaxı" matçında qeydə alınacaq heç-heçə halında isə "Kəpəz"ə 1 xal lazım olacaq. Düzdür, belədə hər iki komandanın mövsümü eyni xalla başa vurmaq ehtimalı yaranacaq. Ancaq "Kəpəz"lə "Şamaxı"nın şəxsi görüşlərinə əsasən, qərb təmsilçisi aşkar üstünlüyə malikdir. Keçirilən 4 görüşdən 2-də qələbə qazanan Tərlan Əhmədovun komandası digər qarşılaşmalarda heç-heçə ilə kifayətlənib. 

Bu mövsüm baş tutan "Kəpəz" - "Şamaxı" görüşlərində qeydə alınan nəticələr: 2:1, 1:1, 3:2, 1:1. "Kəpəz" bu halda elitadan düşə bilər Beləliklə, "Şamaxı" son üç oyundan birini uduzsa, "Kəpəz" avtomatik elitada qalacaq. Qərb təmsilçisi bir qələbə qazansa, heç kimdən asılı olmadan, növbəti mövsümdə də Premyer Liqada çıxış etmək hüququ qazanacaq. "Şamaxı" çempionatın sonluğunu 2 qələbə, 1 heç-heçə ilə başa vuracağı halda, gəncəlilərə də azı 1 xal əldə etmək lazım gələcək. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər