Qış hazırlıqlarını Antlayada davam etdirən "Kəpəz” bu gün növbəti matçına çıxıb. Fanat.Az xəbər verir ki, Yunis Hüseynov yetirmələrini Polşanın "Yagelloniya” klubu ilə oyunda sınayıb.
Gəncəlilərin qardaş ölkədəki üçüncü sınağı darmadağınla başa çatıb. Komanda 1:8 hesabı ilə uduzub.
Qeyd edək ki, buna qədər Türkiyədəki iki hazırlıq oyununa çıxmış "Kəpəz” Rumıniyanın "Vitorul” klubu ilə heç-heçə edib (1:1), Cənubi Koreyanın "Daejeon Citizen” komandasına isə qalib gəlib – 1:0.
28 yanvar
Kəpəz (Azərbaycan) - Yagelloniya (Polşa) 1:8
Qol: Tural Rzayev, 90.
Kəpəz: 22. Sergey Litovçenko, 4. Şəhriyar Əliyev, 7. Roman Hüseynov, 18. Tural Cəlilov, 13. Şəhriyar Kərimov (k), 26. İqor Korotetski, 21. Gilu Maqjqaladze, 19. Murad Səttarlı, 20. Dieqo Souza, 24. Tərzin Cahangirov, 16. Dario Federiko.
Fanat.Az