"Kəpəz" klubu baş məşqçi Yaşar Vahabzadə ilə müqaviləyə xitam verib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Bildirilir ki, klub rəhbərliyi Vahabzadə ilə görüşüb. Görüşdə komandanın nəticələri təhlil olunub və qarşılıqlı razılıq əsasında Yaşar Vahabzadə, eləcə də məşqçilər korpusuna daxil olan məşqçilər ilə müqaviləyə xitam verilib.