“Kəpəz” baş məşqçisinə qovuşdu

“Kəpəz” baş məşqçisinə qovuşdu

"Kəpəz"in baş məşqçisi olacaq mütəxəssisin kimliyi məlum olub. Fanat.az xəbər verir ki, İsgəndər Cavadovun əvəzinə Gəncə futbolunun kuratoru təyin olunan Mehman Allahverdiyev I divizionda mübarizə aparacaq klubun "sükanını" Vidadi Rzayevə verib.

Baş məşqçinin köməkçisi qismində Azər Məmmədov fəaliyyət göstərəcək. Mövsümün startına sayılı günlər qalmış yeni vəzifə alan mütəxəssislər dərhal işə başlayıb. Məşqçilər korpusunun qarşısına qısa dönəmdə rəqabətədavamlı kollektiv formalaşdırmaq tapşırığı qoyulub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər