"Kəpəz" baş məşqçisi ilə müqaviləni uzatdı

"Kəpəz" baş məşqçisi ilə müqaviləni uzatdı
Gəncənin "Kəpəz" klubu baş məşqçi Yaşar Vahabzadə ilə müqaviləni uzadıb.
Fanat.Az xəbər verir ki, bu barədə icraçı direktor İlqar Nadiri klubun rəsmi saytına açıqlamasında bildirib. O, 60 yaşlı mütəxəssislə daha bir il müddətinə anlaşdıqlarını söyləyib. 
Nadiri baş məşqçinin yeni futbolçularla danışıqlara başlayaraq, heyəti formalaşdırmağa çalışdığını diqqəyə çatdırıb. Klub rəsmisi xüsusən seçimdə gənclərə üstünlük verildiyini vurğulayıb.
Qeyd edək ki, "Kəpəz" 2020/2021 mövsümündə də Azərbaycan I Divizionunda mübarizə aparacaq. 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər