Növbəti mövsüm Azərbaycan Premyer Liqasında çıxış edəcək “Kəpəz” heyətə əl gəzdirməyə başlayıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qərb təmsilçisi altı futbolçu ilə müddəti başa çatan müqavilələri yeniləməyib.
Vüsal Məsimov, Qaraxan Əliyev, Vüqar Həsənov, Roman Hüseynov, İbrahim Qədirzadə və Emil Qasımov klubu tərk edib. “Kəpəz”bu futbolçulara xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.