“Kəpəz” 3 futbolçu ilə anlaşdı

“Kəpəz” 3 futbolçu ilə anlaşdı
Mövsümün ikinci hissəsinə hazırlığı davam etdirən "Kəpəz” heyətini üç futbolçu ilə gücləndirib. 
Fanat.Az I divizion təmsilçisinin feysbuk səhifəsinə istinadən xəbər verir ki, komanda müdafiəçilər Hikmət Verdiyev, Nika Baçaliaşvili və yarımmüdafiəçi Samir Qurbanovu sıralarına qatıb. 
Bu futbolçularla mövsümün sonuna qədər müqavilə bağlanıb. 
Qeyd edək ki, Gəncə klub 11 turdan sonra 16 xalla 10 komanda arasında 6-cı yerdə qərarlaşıb. 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər