"Kəpəz" 2 itkiylə hazırlaşdı

"Kəpəz" 2 itkiylə hazırlaşdı

"Kəpəz” bu gün Gəncəyə yollanıb. Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Keşlə”ni qəbul edəcək "sarı-göylər”in oyun öncəsi son məşqi görüşün keçiriləcəyi stadionda baş tutub.

 

Yunis Hüseynovun komandası oyuna itkilərlə çıxacaq. Kərim Diniyev və Viktor Oseqeyl zədəli olduqlarından komandaya kömək edə bilməyəcək.

 

Qeyd edək ki, dekabrın 14-də keçiriləcək "Kəpəz” - "Keşlə” oyunu saat 13:00-da başlanacaq.   

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər