Kamavinqa İngiltərə nəhənginə transfer olunur

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

"Real Madrid" klubunun futbolçusu Eduardu Kamavinqa karyerasını İngiltərədə davam etdirə bilər.

Fanat.Az "Yahoo Sports"a istinadən xəbər verir ki, "Mançester Yunayted" 23 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.

"Qırmızı şeytanlar" fransalı oyunçunun klubu ilə də danışıqlara start verib.

Qeyd edək ki, Eduardu Kamavinqa 2025/2026 mövsümündə La Liqada 29 oyunda 1 qolla yadda qalıb.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər