Kadi nə vaxt başlayacaq? - SON DURUM

Kadi nə vaxt başlayacaq? - SON DURUM

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turu çərçivəsində "Qarabağ"ın Bakıda "Çelsi"yə qarşı keçirdiyi matçda zədələnən braziliyalı yarımmüdafiəçi  Kadinin sıraya nə vaxt dönəcəyi futbolsevərləri maraqlandıran mövzulardandır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, 8-10 həftə müddətinə sıradan çıxdığı açıqlanan, adı ÇL-in iştirak ərizəsindən çıxarılan oyunçunun yanvarın ikinci yarısında məşqlərə başlayacağı gözlənilir.

Hazırda həkim nəzarətində olan cənubi amerikalı müəyyən təmrinlərlə kifayətlənir. Onun "köhlənlər"in forması ilə ən yaxşı halda, fevralda meydana çıxacağı proqnozlaşdırılır.

Xatırladaq ki, "Qarabağ" ÇL-də növbəti matçını yanvarın 21-də "Ayntraxt"a qarşı keçirəcək. 6 oyuna 7 xal toplayan Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsinə yüksəlmək şansını saxlayır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər