Kabo Verdenin prezidenti: "Argentinaya qalib gəlmək şansımız 100 faizdir"

Kabo Verdenin prezidenti: "Argentinaya qalib gəlmək şansımız 100 faizdir"

Kabo Verdenin prezidenti Xose Mariya Neves milli komandanın dünya çempionatının 1/16 final mərhələsində Argentinaya qarşı keçirəcəyi oyunla bağlı gözləntilərini bölüşüb.

Fanat.Az xəbər verir ki, ölkə başçısının açıqlaması BBC tərəfindən yayımlanıb:

Siyasətçi bu matçın böyük bir məğlubiyyətlə nəticələnə biləcəyini bildirib. O, Afrika komandasının "Albiseleste" üzərində qələbə qazanacağını proqnozlaşdırıb.

"Düşünürəm ki, Kabo Verde Argentinanı 1:0 hesabı ilə məğlub edə bilər. Biz qalib gəlmək üçün oynayırıq. Bir komandadan gözləntilər azdırsa, amma o komanda qələbəyə acdırsa, bu, mümkündür. Kabo Verde kimi kiçik bir ölkə həmişə məhz buna - insanları daim təəccübləndirməyə çalışmalıdır. Komandamızın 100 faiz inamı, 100 faiz ümidi var və meydanda hər şeyi edəcək. Bir sözlə, Argentinanı məğlub etmək üçün 100 faiz şansımız var. Bu mundiala taleyimizi yazmaq üçün gəlmişik. Çempionlara qarşı oynayacağıq. Argentina və Messi ilə əzmkarlıq, istək, qələbə və növbəti mərhələyə yüksəlmək həvəsi ilə mübarizə aparacağıq".

Argentina ilə Kabo Verde arasında oyun 4 iyulda keçiriləcək və Bakı vaxtı ilə saat 02:00-da başlayacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər