İspaniyanın heyətində 2 qol vuran futbolçunu yox, onu matçın ən yaxşısı seçdilər

İspaniyanın heyətində 2 qol vuran futbolçunu yox, onu matçın ən yaxşısı seçdilər

Futbol üzrə dünya çempionatında İspaniya və Avstriya yığmaları arasında keçirilən 1/16 final matçının ən yaxşı oyunçusu müəyyənləşib.

Fanat.Az xəbər verir ki, FİFA ispanların vingeri Lamin Yamalı fərqləndirib. 

Baxmayaraq ki, 18 yaşlı futbolçu 3:0 hesablı qələbədə qol və ya ötürmə ilə pay sahibi ola bilməyib. Bir neçə dəfə qol vurmağa yaxın olan Yamal görüşü yüksək səviyyədə keçirib.

İspaniyanın heyətində Mikel Oyarsabal dubl edib, daha bir qolu Pedro Porro vurub, Mark Kukurelya isə iki məhsuldar ötürmə müəllifi olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər